Sistemin arxasında nə var — məlumat mənbəyi, proqnoz metodu, zona məntiqi və məhdudiyyətlər.
📂 Məlumat bazası
Mənbə
Azərbaycan Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən hər il rəsmi olaraq dərc edilən keçid balı cədvəlləri.
İllər
2019, 2020, 2021, 2022, 2023, 2024, 2025 — 7 il ardıcıl məlumat.
Həcm
7 289 ixtisas × universitet × il birləşməsi. Həm dövlət (pulsuz), həm ödənişli bölmələr daxildir. I–V ixtisas qrupları və AZ/RU sektorları əhatə olunur.
📈 Proqnoz metodu
Xətti trend (linear regression)
Hər ixtisas üçün 7 illik keçid ballarına xətti reqressiya tətbiq edilir. Son ilin balından cari trendi (+/−) gələcək ilə proeksiya edilir.
Volatillik buferi
Ballar arasındakı standart kənarlaşma hesablanır. Yüksək volatillik (±20 bal) varsa, proqnoza əlavə ehtiyat payı əlavə edilir. Nəticə: aşağı / orta / yüksək volatillik etiketi.
Trendlər
↑ artır — son illərdə keçid balı mütəmadi yüksəlir ↓ azalır — tələb azalır, bal düşür → sabit — ballar 5 baldən az dəyişir
🗂 Nərdivan məntiqi (3 zona)
DİM sistemi abituriyentə 15 ixtisas seçmək hüququ verir. Uni Arya bu 15 yeri 3 zonaya bölür:
⭐ Arzu (1–5) — Yüksək risk
Keçid balı sizin balınızdan yuxarı olan ixtisaslar. Düşmə ehtimalı azdır, amma imkansız deyil — trend aşağı gedə bilər və ya rəqabət azalır. Seçim cəsarəti tələb edir.
🎯 Hədəf (6–10) — Real şans
Keçid balı sizin balınıza ±20 bal daxilindədir. Ən çox diqqət edilməli zona — buradakı ixtisaslar statistik olaraq ən yüksək qəbul ehtimalını verir.
🛡 Sağorta (11–15) — Zəmanət
Keçid balı sizin balınızdan xeyli aşağı olan ixtisaslar. Qəbul demək olar ki, zəmanətlidir. 15-ci yeri doldurmaq üçün vacibdir.
🔢 Proqnoz necə hesablanır?
✓ Nəzərə alınan amillər
2019–2025-ci illər rəsmi keçid balları
Hər ixtisas üzrə illik artım/azalma trendi
Bal dəyişkənliyi — keçid balının nə qədər sabit olduğu (volatillik)
Ödənişli (Ə) və dövlət sifarişi (Q) ayrıca hesablanır
Təhlükəsizlik buferi əlavə edilir: sabit ixtisaslar +10 bal, orta dəyişkən +15 bal, yüksək dəyişkən +25 bal
✗ Nəzərə alınmayan (hələ məlum deyil)
2026-cı il plan yerləri
Bu ilin abituriyent sayı
Yeni ixtisaslar (7 illik tarix yoxdur)
Cari ilin rəqabət vəziyyəti
Buna görə proqnozu ilkin istiqamət kimi qəbul edin. Yekun qərar üçün dim.gov.az-ı mütləq yoxlayın.
⚠️ Məhdudiyyətlər
Bu bölməni mütləq oxuyun — Uni Arya-nın nə edə bilmədiyini bilmək, edə bildiklərindən daha vacibdir.
Tarixidir, gələcəyi deyil. 2026-cı il keçid balları rəsmi elan edilənədək bilinmir. Proqnozumuz ehtimaldır, zəmanət deyil.
DİM qaydaları dəyişə bilər. Kvota, qrup strukturu, bal hesablama metodologiyası DİM tərəfindən istənilən vaxt dəyişdirilə bilər.
Şəxsi amillər nəzərə alınmır. İmtahan stresini, repetitor effektini, şəhərdəki ev şəraitini sistemimiz bilmir.
Bölmə dolululuğu. Ödənişli bölməyə qəbul pulsuz bölmədən tam fərqli bal skalası ilə gedir — sistemimiz hər ikisini göstərir, amma seçim sizindir.
Rəsmi məlumat üçün:dim.gov.az — DİM-in rəsmi saytı.